​Misir ordusunun əməliyyatı nəticəsində 31 nəfər ölüb, 154 terrorçu tutulub

​Misir ordusunun əməliyyatı nəticəsində 31 nəfər ölüb, 154 terrorçu tutulub Əməliyyat Sinay yarımadasının şimalında yerləşən Refah, Zuveyd və əl-Ariş şəhərlərində keçirilib
Digər ölkələr
9 Sentyabr , 2015 12:00
​Misir ordusunun əməliyyatı nəticəsində 31 nəfər ölüb, 154 terrorçu tutulub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Misirin Sinay yarımadasında ordunun keçirdiyi əməliyyatın ikinci günü 27 terorçu zərərsizləşdirlib, 154-ü isə tutulub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Misir Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Məhəmməd Semirin yaydığı yazılı açıqlamada bildirlib.

Əməliyyat Sinay yarımadasının şimalında yerləşən Refah, Zuveyd və əl-Ariş şəhərlərində keçirilib. Terrorçu qruplara məxsus 10 avtomobil və 35 motosklet müsadirə edilib.

M.Semirinin sözlərinə görə, terrorçulardan 6 partlayıcı, partlayıcı qurğularda istifadə edilən 1,5 ton alüminium-nitrat maddəsi və "C-4" tipli plastik partlayıcı dolu anbar, 2 ton çətənə müsadirə edilib.

Qeyd edək ki, "Şəhidlərin haqqı" adı altında keçirilən əməliyyat iki gündür davam edir. Bu müddətdə ərzində ikisi hərbçi olmaqla 31 nəfər həyatını itirib, 4 əsgər isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi