Misir məktəblərində 2 mindən çox uşaq zəhərlənib

Misir məktəblərində 2 mindən çox uşaq zəhərlənib Kütləvi zəhərlənməyə keyfiyyətsiz yemək səbəb olub
Digər ölkələr
15 Mart , 2017 05:44
Misir məktəblərində 2 mindən çox uşaq zəhərlənib

Bakı. 15 mart. REPORT.AZ/ Misir məktəblərində 2 min 262 şagird zəhərlənib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə Soxaq əyalətinin 8 orta məktəbində qeydə alınıb. Kütləvi zəhərlənməyə məktəblərdə uşaqlara verilən keyfiyyətsiz qidalar səbəb olub.

Son xəbərlər

Orphus sistemi