Misir məhkəməsi iki mübahisəli adanın Səudiyyə Ərəbistanına verilməsiylə bağlı sazişi etibarsız sayıb

Misir məhkəməsi iki mübahisəli adanın Səudiyyə Ərəbistanına verilməsiylə bağlı sazişi etibarsız sayıb Dövlət qərardan Ali Məhkəməyə şikayət edə bilər
Digər ölkələr
21 İyun , 2016 14:10
Misir məhkəməsi iki mübahisəli adanın Səudiyyə Ərəbistanına verilməsiylə bağlı sazişi etibarsız sayıb

Bakı. 21 iyun. REPORT.AZ/ Misir məhkəməsi iki mübahisəli Misir adasının Səudiyyə Ərəbistanının nəzarəti altına keçməsiylə nəticələnən dəniz sərhədlərinin delimitasiyası üzrə sazişi etibarsız sayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, dövlət qərardan Ali Məhkəməyə şikayət edə bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Misir hökuməti dövlətlər arasında dəniz sərhədinin delimitasiyası haqqında sazişi aprelin əvvəlində imzalayıb. Sənədə əsasən, Qırmızı dənizdə Misirin nəzarətində olan mübahisəli Tiran və Sanafir adaları Səudiyyə Ərəbistanının nəzarətinə keçməliydi.

Xatırladaq ki, sazişin imzalanmasından sonra Misirdə buna qarşı olanlar iğtişaşlar törətmişdi.

Son xəbərlər

Orphus sistemi