Misir kəşfiyyatının heyəti Qəzzada barışığı müzakirə etmək üçün İsrailə səfər edib

Misir kəşfiyyatının heyəti Qəzzada barışığı müzakirə etmək üçün İsrailə səfər edib Misir kəşfiyyatının heyəti Qəzza zolağında müharibəyə son qoymaq haqqında mümkün razılaşma ilə bağlı uzlaşmaq üçün cümə axşamı günü Təl-Əvivə səfər edib.
Digər ölkələr
31 dekabr 2023 09:55
Misir kəşfiyyatının heyəti Qəzzada barışığı müzakirə etmək üçün İsrailə səfər edib

Misir kəşfiyyatının heyəti Qəzza zolağında müharibəyə son qoymaq haqqında mümkün razılaşma ilə bağlı uzlaşmaq üçün cümə axşamı günü Təl-Əvivə səfər edib.

“Report” xəbər verir ki, bu barədə “Al-Araby Al-Jadeed” qəzeti yazıb.

Bildirilib ki, Misir nümayəndə heyətinin vəzifələrindən biri hərtərəfli razılıq əldə olunacağı təqdirdə İsrailin Qəzza zolağından qoşunlarını çıxarmağa hazır olması ilə bağlı cavab almaq olub.

Lakin İsrail hökumət rəsmiləri bu məsələlərin hərbi şurada müzakirə ediləcəyini və daha sonra Misirə cavab veriləcəyini təsdiqlədiyi üçün nümayəndə heyəti heç bir cavab almadan geri qayıdıb.

Son xəbərlər

Orphus sistemi