​Misir İsrailə son üç ildə ilk səfirini təyin edib

​Misir İsrailə son üç ildə ilk səfirini təyin edib Bu qərar iki ölkə arasında münasibətlərin yaxşılaşdığından xəbər verir
Digər ölkələr
22 İyun , 2015 03:49
​Misir İsrailə son üç ildə ilk səfirini təyin edib

Bakı. 22 İyun. REPORT.AZ/ Misir hakimiyyəti son üç il ərzində ilk dəfə olaraq İsrailə səfir təyin edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə MENA dövlət informasiya agentliyinin yaydığı məlumatda bildirilir.

"Prezident Əbdül-Fəttah Əs-Sisi xaricdə yeni diplomatların təyin edilməsi haqqında fərman imzalayıb ki, onların arasında Misiri Tel-Əvivdə səfir kimi təmsil edəcək Xazem Xayrat da var", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu qərar iki ölkə arasında münasibətlərin yaxşılaşmasından xəbər verir.

Son xəbərlər

Orphus sistemi