Misir HHQ İŞİD mövqelərinə aviazərbələr endirib

Misir HHQ İŞİD mövqelərinə aviazərbələr endirib Misir HHQ Liviyada "İslam Dövləti" radikal qruplaşmasının mövqelərinə bir neçə aviazərbə endirib
Digər ölkələr
16 Fevral , 2015 11:33
Misir HHQ İŞİD mövqelərinə aviazərbələr endirib

Bakı. 16 fevral. REPORT.AZ/ Misir HHQ internetdə 21 misirli xristianın edamı əks olunan video yayıldıqdan sonra Liviyada "İslam Dövləti" radikal qruplaşmasının mövqelərinə bir neçə aviazərbə endirib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Xatırladaq ki, Liviyada ələ keçirilən misirlilərin edam görüntüləri fevralın 15-də İŞİD-ə məxsus internet şəbəkələrində yayılıb. 

Misir prezidenti Abdel Fəttah Əs-Sisi televiziya vasitəsilə xalqa müraciət edib və bildirib ki, Qahirə İŞİD yaraqlıları tərəfindən əsirlərin edamına görə cavab tədbirləri görmək hüququnu özündə saxlayır. 

Son xəbərlər

Orphus sistemi