Misir: futbol iğtişaşlarına görə məhkəmə 11 nəfərə ölüm hökmü kəsib

Misir: futbol iğtişaşlarına görə məhkəmə 11 nəfərə ölüm hökmü kəsib Məhkəmə hökmü canlı yayımda dövlət televiziyası ilə oxunub
Digər ölkələr
19 Aprel , 2015 20:16
Misir: futbol iğtişaşlarına görə məhkəmə 11 nəfərə ölüm hökmü kəsib

Bakı. 19 aprel. REPORT.AZ/ Misir məhkəməsi 2012-ci ildə Port-Səid şəhərində keçirlən futbol matçı zamanı baş vermiş iğtişaşlarda iştirak etdiklərinə görə 11 nəfərə ölüm hökmü kəsib.

"Report" BBC-yə istinadən xəbər verir ki, həmin iğtişaşalar nəticəsində 74 adam həlak olmuşdu.

Məhkəmə hökmü canlı yayımda dövlət televiziyası ilə oxunub. İğtişaşalar 2012-ci ildə futbol matçı zamanı baş verib.

Bu hadisələrə görə 2013-cü ildə məhkəmə 21 iştirakçıya ölüm hökmü kəsmişdi, 28 nəfər isə bəraət qazanmışdı.

Lakin 2014-cü ilin fevralında appelyasiya instansiyası hökmü ləğv edərək işə yenidən baxılmasını tövsiyyə etmişdi.

İğtişaşlara səbəb qarşılaşan klubların azarkeşlərinin qarşı tərəfi təhqir edən plakatların qaldırılması olubmuş.

Son xəbərlər

Orphus sistemi