Misir ehramları Rusiya və Fransanın bayraqları rəngində işıqlandırılacaq

Misir ehramları Rusiya və Fransanın bayraqları rəngində işıqlandırılacaq Ehramların yanında, həmçinin Fransa, Rusiya və Misir bayraqları da dalğalandırılacaq
Digər ölkələr
15 Noyabr , 2015 19:56
Misir ehramları Rusiya və Fransanın bayraqları rəngində işıqlandırılacaq

Bakı. 15 noyabr. REPORT.AZ/ Sinay yarımadasında Rusiyaya məxsus təyyarənin qəzası və Parisdəki terror aktları qurbanlarının xatirəsinə Misir ehramları Rusiya və Fransanın bayraqları rəngində işıqlandırılacaq.

MENA dövlət agentliyinin yaydığı məlumata görə, Ehramların yanında, həmçinin Fransa, Rusiya və Misir bayraqları da dalğalandırılacaq.

Xatırladaq ki, Rusiya tarixində ən böyük təyyarə qəzası bu il oktyabrın 31-də baş verib. “Koqalımavia” şirkətinə məxsus A321 təyyarəsi Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı həlak olub.

Noyabrın 13-də isə axşam Parisin müxtəlif rayonlarında terror aktları törədilib və 129-dan çox adam ölüb.

Son xəbərlər

Orphus sistemi