Misir "EgyptAir" təyyarəsinə terror hücumu edilməsini nəzərdən keçirir

Misir "EgyptAir" təyyarəsinə terror hücumu edilməsini nəzərdən keçirir Şərif Fəthi: "Təyyarə bütün zəruri yoxlamalardan keçmişdi"
Digər ölkələr
19 May , 2016 17:10
Misir EgyptAir təyyarəsinə terror hücumu edilməsini nəzərdən keçirir

Bakı. 19 may. REPORT.AZ/ Misir Mülki Aviasiya Nazirliyi "EgyptAir" aviaşirkətinə məxsus "A320" təyyarəsinin radarlardan itməsi hadisəsində terror aktının törədilməsi versiyasını nəzərdən keçirir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin mülki aviasiya naziri Şərif Fəthi mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, təyyarənin terror hücumu nəticəsində vurulması ehtimalı hansısa texniki qüsurun olmasından daha çoxdur.

O, təyyarənin bütün zəruri yoxlamalardan keçdiyini də bildirib.

Qeyd edək ki, təyyarə gecə saatlarında Aralıq dənizi üzərindən uçarkən radarlardan itib. Təyyarənin göyərtəsində 56 sərnişin və 10 ekipaj üzvü olub.

Son xəbərlər

Orphus sistemi