Misirdə terrorçular polis karvanına hücum edib, 18 polis ölüb

Misirdə terrorçular polis karvanına hücum edib, 18 polis ölüb Yaralılar xəstəxanaya yerləşdirilib
Digər ölkələr
11 Sentyabr , 2017 18:53
Misirdə terrorçular polis karvanına hücum edib, 18 polis ölüb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Misirin Sinay yarımadasının şimal-şərqindəki Əl-Ariş şəhərində terrorçu İŞİD qruplaşması silahlılarının polis karvanına hücumu nəticəsində 18 asayiş keşikçisi ölüb, 4-ü yaralanıb.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, hücum zamanı bir neçə zirehli avtomobilə ziyan dəyib.

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi