Mişel Barnye Fransada prezidentliyə namizəd olmaq niyyətini açıqlayıb

Mişel Barnye Fransada prezidentliyə namizəd olmaq niyyətini açıqlayıb Fransada sağçı "Respublikaçılar" partiyasının nümayəndəsi Mişel Barnye prezidentliyə namizəd olmaq niyyətindədir.
Digər ölkələr
27 Avqust , 2021 08:20
Mişel Barnye Fransada prezidentliyə namizəd olmaq niyyətini açıqlayıb

Fransada sağçı "Respublikaçılar" partiyasının nümayəndəsi Mişel Barnye prezidentliyə namizəd olmaq niyyətindədir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Barnye bu açıqlamanı "TF1 TV" və "Le Figaro" qəzetinə müsahibəsində verib.

Qeyd edək ki, Barnye, ilk növbədə sağ mərkəzçi namizəd olaraq ilkin seçkidə qalib gəlməlidir.

"Mən namizəd olacağam, fransızlara və Fransaya hörmət edəcək bir prezident olmaq istəyirəm. Təhlükəli və qeyri-sabit bir dünyada yaşayırıq. Ölkəmiz zəifləyib, insanları barışdırmaq, onları birləşdirmək üçün alternativ bir yanaşma tətbiq edilməlidir", - siyasətçi bildirib.

Barnye qeyd etdib ki, Avropa İttifaqında çox şeyi dəyişdirmək lazımdır, çünki quruma daxil olan ölkələrin rəhbərliyi tərəfindən edilən səhvlər əhalinin cəmiyyətdən təcrid olmasına, bəzən qəzəb və narazılığa səbəb olur.

Son xəbərlər

Orphus sistemi