Bakı. 19 fevral. REPORT.AZ/ Avropa İttifaqı və Türkiyə dövlət və hökumət başçılarının miqrasiya böhranı məsələləri ilə bağlı xüsusi görüşü martın əvvəlində keçirilməlidir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk məlumat verib.
Avropa məmurlarından birinin məlumatına görə, görüş ilkin olaraq 5 mart tarixinə təyin olunub.
Bundan əvvəl fevralın 18-nə təyin edilən görüş Ankarada baş verən qanlı terror aktına görə təxirə salınmışdı.