“Miqrasiya axınının azaldılması üçün Türkiyə ilə əməkdaşlıq vacibdir”.
“Report” xəbər yerli mətbuata istinadən xəbər verir ki, bu fikri Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi Nyu-Yorkda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
Ərdoğanla xarici işlər nazirləri və diplomatik müşavirlərin müşayiəti ilə məhsuldar görüş keçirdiklərini ifadə edən Miçotakis bildirib ki, Türkiyə-Yunanıstan münasibətlərində son aylar müsbət ab-havanın dərinləşməsi üçün işi davam etdirməyin vacibliyini vurğulayıb.
Mitsotakis növbəti Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) iclasını dekabrın 7-də Salonikidə keçirməyə qərar verdiklərini xatırladaraq, hər iki ölkənin üzləşdiyi ortaq problemlərin müzakirəsi fürsəti əldə etdiklərini bildirib.
“Miqrasiya axınının minimuma endirilməsi üçün Türkiyə ilə əməkdaşlığın vacibdir”, - Mitsotakis deyib.