Miqrantlar sərhəd maneələrini qıraraq Yunanıstandan Makedoniyaya keçib - VİDEO

Miqrantlar sərhəd maneələrini qıraraq Yunanıstandan Makedoniyaya keçib - VİDEO Sərhədi keçmək üçün edilən hücumda təxminən 500 nəfər iştirak edib
Digər ölkələr
29 Fevral , 2016 17:38
Miqrantlar sərhəd maneələrini qıraraq Yunanıstandan Makedoniyaya keçib - VİDEO

Bakı. 29 fevral. REPORT.AZ/ Miqrantlar polad dirəklərdən istifadə edərək Yunanıstan-Makedoniya sərhədində qoruyucu səddi dağıdıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Makedoniya polisi qanunu pozanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

AP-nin məlumatına görə, sərhədi keçmək üçün edilən hücumda təxminən 500 nəfər iştirak edib. Onlar "Sərhədləri açın!" şüarı səsləndirib və makedoniyalı polisləri daşa basıb.

Son xəbərlər

Orphus sistemi