Miqrantlar onları dənizdə xilas edən gəmini ələ keçirdi

Miqrantlar onları dənizdə xilas edən gəmini ələ keçirdi Aralıq dənizində boğulmaq təhlükəsi ilə üzləşən 100-ə yaxın miqrant xilas olunub.
Digər ölkələr
28 Mart , 2019 01:37
Miqrantlar onları dənizdə xilas edən gəmini ələ keçirdi

Aralıq dənizində boğulmaq təhlükəsi ilə üzləşən 100-ə yaxın miqrant xilas olunub. 

"Report" xəbər verir ki, bu barədə məlumatı "Malta Today" nəşri Maltanın Silahlı Qüvvələrindəki mənbəyə istinadən yayıb.

Qeyd olunub ki, Liviya sahillərində xilas olunan miqrantlar təşəkkür etmək əvəzinə Türkiyədən Maltaya gedən və Türkiyə bayrağı altında üzən "El Hiblu 1" ticarət gəmisini ələ keçiriblər. Gəminin kapitanı ilə əlaqə yaratmaq cəhdi uğursuz olub.

Bildirilib ki, yerli qurumlar hadisənin gedişatını izləyir və gəminin Maltanın daxili sularına daxil olmasına icazə verilməyəck. 

Son xəbərlər

Orphus sistemi