Miqrant qadın ölmüş övladına görə ABŞ-dan təzminat istəyir

Miqrant qadın ölmüş övladına görə ABŞ-dan təzminat istəyir Bakı. 28 noyabr. REPORT.AZ/ Texas ştatındakı miqrantların saxlanma mərkəzində vəfat edən körpənin anası ABŞ rəsmi qurumlarından, o cümlədən İmiqrasiya və Gömrük Polisindən (İCE) 60 milyon dollar məbləğində təzminat istəyir.
Digər ölkələr
28 Noyabr , 2018 12:42
Miqrant qadın ölmüş övladına görə ABŞ-dan təzminat istəyir

Bakı. 28 noyabr. REPORT.AZ/ Texas ştatındakı miqrantların saxlanma mərkəzində vəfat edən körpənin anası ABŞ rəsmi qurumlarından, o cümlədən İmiqrasiya və Gömrük Polisindən (İCE) 60 milyon dollar məbləğində təzminat istəyir.

“Report” AP-ə istinadən xəbər verir ki, bu ilin mart ayında əlində körpəsi ilə sərhədi keçərkən saxlanılaraq ölkənin Dilli şəhərindəki  ən böyük miqrantların saxlanma mərkəzinə yerləşdirilən Quatemala köçkünü 20 yaşlı Yasmin Xuaresin vəkillərinin sözlərinə görə, mərkəzdə qaldığı müddət ərzində 19 aylıq qız tənəffüs yollarının xəstəliyinə tutulub və mərkəzdən buraxıldıqdan 6 həftə sonra  vəfat edib.

Gənc ananın hüquqlarını təmsil edən “Arnold & Porter” vəkillik şirkəti bu iddia təmin olunmasa, hökuməti məhkəməyə verəcəklərini bildirb. Bunun üçün hökumətə 6 aylıq möhlət verilib.

Son xəbərlər

Orphus sistemi