Miqrant Macarıstanda qeydiyyata düşməkdən imtina edir

Miqrant Macarıstanda qeydiyyata düşməkdən imtina edir Avropa liderləri arasında miqrant böhranından çıxış yoluna dair ciddi fikir ayrılığı mövcuddur
Digər ölkələr
3 Sentyabr , 2015 21:40
Miqrant Macarıstanda qeydiyyata düşməkdən imtina edir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Macarıstan paytaxtı Budapeştdə polisin miqrantları qatardan zorla endirmə cəhdinin ardından qarşıdurma yaranıb. "Report" BBC-yə istinadən xəbər verir ki, polis ərazini “əməliyyat zonası” elan edərək jurnalistlərin bölgəni tərk etməli olduğunu bildirib.

Macarıstan baş naziri Viktor Orban bildirib ki, Avropanın üzləşdiyi miqrant böhranı “Almaniyanın problemidir”, çünki Aİ-na gələn miqrantlar Almaniyaya getmək istəyir.

Qeyd edək ki, Avropa liderləri arasında miqrant böhranından çıxış yoluna dair ciddi fikir ayrılığı mövcuddur.

Aİ qanunlarına görə, miqrantların gəldiyi ilk ölkə onların sığınacaq tələbləri ilə məşğul olmağa cavabdehdir. Almaniyaya üz tutan əksər miqrantlar bu səbəbdən qatarları tərk etməkdən imtina edir. Hazırda Macarıstanda olan bir çox miqrant bu ölkədə qeydiyyata düşməkdən imtina edir.

Son xəbərlər

Orphus sistemi