"Miqrant karvanı"nın ilk qrupu ABŞ sərhədinə çatıb - VİDEO

"Miqrant karvanı"nın ilk qrupu ABŞ sərhədinə çatıb - VİDEO Bakı. 15 noyabr. REPORT.AZ/ Miqrant karvanının ilk qrupu ABŞ və Meksika sərhədinə çatıb.
Digər ölkələr
15 noyabr 2018 01:58
Miqrant karvanının ilk qrupu ABŞ sərhədinə çatıb - VİDEO

Bakı. 15 noyabr. REPORT.AZ/ "Miqrant karvanı"nın ilk qrupu ABŞMeksika sərhədinə çatıb.

“Report” "Universal" portalına istinadən xəbər verir ki, 350-dən çox insan Meksika polisinin patrul maşınlarının müşayiəti ilə avtobuslarda gəlib.

Bildirilir ki, Milli Miqrasiya İnstitutunun əməkdaşları qaçqınların şəhər sığınacağına yerləşdirilməsinə yardım ediblər.

Onlar hələ ki, sərhədi keçməyə cəhd göstərməyiblər, bir neçə nəfər sadəcə sərhəd divarının üzərinə çıxıb.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo Hondurasdan Meksika ərazisi ilə ABŞ istiqamətində hərəkətdə olan qanunsuz miqrant karvanının heç bir halda Birləşmiş Ştatlar ərazisinə buraxılmayacağını deyib.

Son xəbərlər

Orphus sistemi