Yuxarı

Miqrant-fəhlələr Dubayda etiraz aksiyası keçirib

Birləşmiş Ərəb Əmirliklərində ictimai etiraz aksiyaları qadağandır

Bakı. 11 mart. REPORT.AZ/ Dubayda Cənubi Asiyadan olan yüzlərlə miqrant fəhlə maaş mübahisəsinə görə oturaq etiraz aksiyası keçiriblər.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, Dubay üçün nadir olan bu hadisənin görüntüləri sosial mediada yayılıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində ictimai etiraz aksiyaları qadağandır. Buna baxmayaraq şəhərin əsas yollarından birini bağlayan fəhlələr aksiyası zorakılıqsız başa çatdırıblar. Heç kim həbs olunmayıb.

Qeyd edək ki, bu aksiyada iştirak edən fəhlələrin əksəriyyəti ayda 90 dollar maaş alır. Onlar Dubayın mərkəzində reallaşdırılan Fəvvarələr Meydan layihəsinə cəlb olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi