Miqrant böhranı: BMT Aİ-Türkiyə planından narahatdır

Miqrant böhranı: BMT Aİ-Türkiyə planından narahatdır Avropa II Dünya Müharibəsindən sonra ən kəskin qaçqın böhranı ilə üzləşib
Digər ölkələr
9 Mart , 2016 00:00
Miqrant böhranı: BMT Aİ-Türkiyə planından narahatdır

Bakı. 9 mart. REPORT.AZ/ BMT miqrant böhranın radikal yolla çözülməsinə yönəlmiş Aİ-Türkiyə planından narahatlıq bildirərək, bu addımın beynəlxalq qanunvericiliyə zidd ola biləcəyinə diqqəti çəkib.

"Report" BBC-yə istinadən xəbər verir ki, plana əsasən, Türkiyədən Yunanıstana gələn bütün miqrantlar geri qaytarılmalıdır, hər bir geri qayıdan suriyalının əvəzinə isə Türkiyədə müvəqqəti məskunlaşan suriyalıya Aİ-də sığınacaq veriləcək.

Bu prinsiplə əlaqədar, BMT Qaçqınlar Agentliyi bildirib ki, xaricilərin ölkədən kollektiv sürətdə çıxarılması “Avropa qanunvericiliyilə ziddiyyət təşkil edə bilər”.

Avropa II Dünya Müharibəsindən sonra ən kəskin qaçqın böhranı ilə üzləşib. Ötən il Aİ-ə 1 milyondan artıq insan qeyri-qanuni daxil olub, onların çoxu qayıqlarla Türkiyədən gəlib.

Miqrantların əksəriyyəti Suriyadakı vətəndaş müharibəsindən qaçan sakinlərdir. Daha 2.7 milyon suriyalı qaçqın hazırda Türkiyədə müvəqqəti məskunlaşıb.

Son xəbərlər

Orphus sistemi