Yuxarı
    Bağlamaq

    Miqrant böhranı: Aİ-Türkiyə sövdələşməsi qüvvəyə minib

    Yunanıstan yeni qaydaları dərhal işə sala bilməyəcəyi barədə xəbərdarlıq edib

    Bakı. 20 mart. REPORT.AZ/ Avropa İttifaqı ilə Türkiyə arasında miqrant böhranın çözülməsi məqsədilə razılaşdırılmış sövdələşmə rəsmi olaraq qüvvəyə minib.

    "Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, sövdələşmənin şərtlərinə görə, Yunanıstana gələn və Aİ-də sığınacaq alınması barədə müraciəti təmin edilməyən miqrantların bundan sonra Türkiyəyə geri göndəriləcəyi gözlənilir.

    Sövdələşmənin qüvvəyə minməsi ərəfəsində Yunanıstan adalarına miqrant axını nəzərə çarpan dərəcədə güclənib.

    Yunanıstan yeni qaydaları dərhal işə sala bilməyəcəyi barədə xəbərdarlıq edib.

    Bazar günü, yeni qaydalar işə düşdükdən sonra könüllülər Yunanıstanın Lesbos adalarına ilk gələn miqrantları qarşılayıblar.

    migrantsRazılaşdırılmış plana uyğun olaraq Türkiyəyə geri göndərilən hər bir suriyalı miqrantın əvəzinə Türkiyədəki düşərgələrdə məskunlaşmış bir suriyalı qaçqın Aİ-də yerləşdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi