Bakı. 12 fevral. REPORT.AZ/ Rusiya, Ukrayna və Fransa prezidentləri Vladimir Putin, Pyotr Poroşenko və Fransua Olland, eləcə də Almaniya kansleri Angela Merkelin danışıqları başa çatıb. "Report" "TASS"a istinadən xəbər verir ki, liderlər danışıqlar zalını tərk ediblər - əvvəl Poroşenko, daha sonra Putin və ondan sonra isə Olland və Merkel.
Diplomatik marafon 14 saatdan artıq davam edib.
Görüşün yekunlarına görə Ukraynada vəziyyətin tənzimlənməsi aspektləri haqqında sənəd imzalanmalıdır.