ABŞ-da milyarder ordu naziri olmaqdan imtina edib

ABŞ-da milyarder ordu naziri olmaqdan imtina edib İmtina ailə biznesini atmamaq istəyi ilə bağlıdır
Digər ölkələr
4 Fevral , 2017 12:31
ABŞ-da milyarder ordu naziri olmaqdan imtina edib

Bakı. 4 fevral. REPORT.AZ/ Milyarder və hərbi xidmət veteranı Vinsent Viola ABŞ-ın ordu naziri vəzifəsindən imtina edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, V.Viola ailə biznesini atmaq istəmədiyinə görə nazir olmaq təklifi ilə razılaşmayıb. 

"Müdafiə naziri Ceyms Mattis məyusdur, amma eyni zamanda Violanın seçimini anlayır və ona hörmət edir", - deyə Pentaqonun məlumatında bildirilib.

Eyni zamanda, C.Mattisin qısa zamanda yeni namizədini təqdim edəcəyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi