Miloş Zeman müsəlman ölkələrindən olan qaçqınların Çexiyada yerləşdirilməsinə qarşı çıxıb

Miloş Zeman müsəlman ölkələrindən olan qaçqınların Çexiyada yerləşdirilməsinə qarşı çıxıb Çexiya prezidentinin mətbuat katibi: "Ölkəmiz Fransa və Almaniyada reallaşan terror hücumları kimi təhdidlər daşıyan risklərə yol verə bilməz"
Digər ölkələr
2 Avqust , 2016 16:42
Miloş Zeman müsəlman ölkələrindən olan qaçqınların Çexiyada yerləşdirilməsinə qarşı çıxıb

Bakı. 2 avqust. REPORT.AZ/ Çexiya prezidenti Miloş Zeman müsəlman ölkələrindən olan, həmçinin baş nazir Boquslav Sobotkan hökumətinin qəbul etməyə razılıq veridiyi qaçqınların Çexiyada yerləşdirilməsinə qarşı çıxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi İrji Ovçaçek məlumat verib.

"Ölkəmiz özündə Fransa və Almaniyada reallaşan terror hücumları kimi təhdidlər daşıyan risklərə yol verə bilməz", - deyə, o bildirib.

Mətbuat katibinin sözlərinə görə, prezident qaçqınların Çexiya ərazisində qəbulunun istənilən variantına qarşıdır. O məlumat verib ki, dövlət başçısı hətta ölkədə məhdud sayda qaçqına sığınacaq verilməsi ilə bağlı hökumətin verdiyi qərara yenidən baxılmasına çalışacaq.

Son xəbərlər

Orphus sistemi