“Millətçilər Korsika dilinin qadağasından hökumətlə mübarizə üçün istifadə edəcəklər” - RƏY

“Millətçilər Korsika dilinin qadağasından hökumətlə mübarizə üçün istifadə edəcəklər” - RƏY “Bastia şəhər məhkəməsinin dövlət vəzifələrini yerinə yetirərkən Korsika dilinin istifadəsini qadağan edən qərarı, güman ki, Korsika xalqını öz dillərində daha tez-tez danışmağa və ya hətta bu dili daha dərindən öyrənməyə təşviq edəcək”.
Digər ölkələr
17 Mart , 2023 17:40
“Millətçilər Korsika dilinin qadağasından hökumətlə mübarizə üçün istifadə edəcəklər” - RƏY

“Bastia Şəhər Məhkəməsinin dövlət vəzifələrini yerinə yetirərkən Korsika dilinin istifadəsini qadağan edən qərarı, güman ki, Korsika xalqını öz dillərində daha tez-tez danışmağa və ya hətta bu dili daha dərindən öyrənməyə təşviq edəcək”.

Bunu “Report”a açıqlamasında italiyalı politoloq, “Geopolitica.info” saytının baş analitiki Salvatore Santancelo deyib.

“Bu qadağaya əsasən, Korsikada yaşayan siyasətçilər debatlar zamanı yalnız fransız dilindən istifadə etməlidirlər. Bəs bunu həyata keçirmək mümkündürmü? Məncə yox. Bu qadağanı riskli hesab edirəm, çünki Korsika millətçiləri mərkəzi hökumətə qarşı mübarizə aparmaq üçün bundan istifadə edə bilər və edəcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, korsikalılar bundan sonra da Korsika dilində danışacaq və bu qadağa onların milli kimliyinə təsir etməyəcək, çünki bu, yalnız siyasətçilər arasında daxili və institutlararası ünsiyyətə aiddir: “Fransa neokommunist, o cümlədən necə mübarizə aparacağını bilmədiyi “həmişəyaşıl” Korsika millətçiliyindən tutmuş nisbətən yeni bayağı separatizmə qədər müxtəlif tendensiyalarla üzləşir”.

Politoloq Fransanın mərkəzləşdirmə siyasəti yürütdüyünü bildirib. 

Son xəbərlər

Orphus sistemi