Milanda son 500 ilin ən güclü zəlzələsi baş verib

Milanda son 500 ilin ən güclü zəlzələsi baş verib İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun rəsmisi Lucia Ludzi bildirib ki, Milanda son 500 ilin ən güclü zəlzələsi olub.
Digər ölkələr
2206
18 Dekabr , 2020 02:29
Milanda son 500 ilin ən güclü zəlzələsi baş verib
0 : 00
0 : 00

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun rəsmisi Luçia Ludzi bildirib ki, Milanda son 500 ilin ən güclü zəlzələsi olub.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, 3,9 bal gücündə zəlzələ institutun mütəxəssisləri tərəfindən saat 16:59-da (Bakı vaxtı ilə 19:59) qeydə alınıb. Zəlzələnin episentri Milandan 6 km qərbdə, 56 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar İtaliyanın şimal paytaxtının müxtəlif ərazilərində və eləcə də şəhərin ətrafında hiss olunub. Milanın yanğınsöndürmə şöbəsinin işçilərinin verdiyi məlumata görə, şəhər sakinlərindən heç biri kömək istəməyib, itki və dağıntı olmayıb.

Zəlzələ şəhərdə nəqliyyatın hərəkətinə cüzi təsir edib və yerli “Trenord” dəmir yolu kampaniyasının bir neçə qatarının gecikməsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi