​Milanda miqrantlarla polis arasında toqquşma baş verib

​Milanda miqrantlarla polis arasında toqquşma baş verib Polis onları qaçqın düşərgəsinə çəkilməyə məcburi edib
Digər ölkələr
25 Avqust , 2015 04:13
​Milanda miqrantlarla polis arasında toqquşma baş verib

Bakı. 25 Avqust. REPORT.AZ/ İtaliyanın Milan şəhərində yüzlərlə miqrant polis ilə toqquşma yaradıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 300-dən artıq mühacir işə icazə üçün vaxtından çox gözlədilməyə etiraz əlaməti olaraq yollardan birini bağlayıb.

Polis onları geriyə - qaçqınlar üçün nəzərdə tutulmuş düşərgəyə çəkilməyə məcbur edib.

Qeyd olunur ki, miqrantların əksəriyyəti Afrikadan gəlib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il İtaliyaya 100 mindən artıq miqrant gəlib.

Son xəbərlər

Orphus sistemi