​Mexikoda uşaq qatarı ağaca çırpılıb, 4-ü azyaşlı olmaqla 13 nəfər xəsarət alıb

​Mexikoda uşaq qatarı ağaca çırpılıb, 4-ü azyaşlı olmaqla 13 nəfər xəsarət alıb Hadisə paytaxtın ən böyük parklarından birində - Çapultepekedə baş verib
Digər ölkələr
5 Avqust , 2016 05:43
​Mexikoda uşaq qatarı ağaca çırpılıb, 4-ü azyaşlı olmaqla 13 nəfər xəsarət alıb

Bakı. 5 avqust. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda uşaq qatarı ağaca çırpılıb.

"Report"un məlumatına görə, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi xəbər yayıb.

Məlumata görə, hadisə zamanı 13 nəfər xəsarət alıb.

Hadisə paytaxtın ən böyük parklarından birində - Çapultepekedə, yay tətilinin ən qızğın çağında baş verib. Xəsarət alanlardan 4-ü uşaq, 9-u böyüklərdir. Yaralılara tibbi yardım göstərilib.

Hüquq-mühafizə və digər dövlət orqanları uşaq attraksionunun istismarı ilə məşğul olan şirkətin faliyyətini yoxlayırlar.

İlkin məlumatlara görə, qəza qatarın enişi zamanı, sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi