Mexikoda "donuz qripi"ndən ölənlərin sayı 20 nəfərə çatıb

Mexikoda "donuz qripi"ndən ölənlərin sayı 20 nəfərə çatıb Bakı. 7 fevral. REPORT.AZ/ Mexikonun Səhiyyə Nazirliyi çərşənbə günü 2018-ci ilin oktyabrından şəhərdə 20 nəfərin donuz qripindən öldüyünü bəyan edib.
Digər ölkələr
7 Fevral , 2019 07:46
Mexikoda donuz qripindən ölənlərin sayı 20 nəfərə çatıb

Bakı. 7 fevral. REPORT.AZ/ Mexikonun Səhiyyə Nazirliyi çərşənbə günü 2018-ci ilin oktyabrından şəhərdə 20 nəfərin "donuz qripi"ndən öldüyünü bəyan edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu şəhərin səhiyyə naziri Oliviya Arelyano deyib.

Nazirin sözlərinə görə, ölən insanlar peyvəndsiz olublar.

Məmur bununla əlaqədar olaraq vətəndaşları kütləvi qaydada peyvənd vurdurmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi