Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb Hazırda onların sağ olub-olmadığı məlum deyil
Digər ölkələr
25 Sentyabr , 2017 23:58
Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Mexikoda zəlzələ nəticəsində dağılmış binaların altında ən azı 40 nəfər qalmaqdadır.

"Report" xəbər verir ki, bu barədə Meksika paytaxtının meri Miqel Anhel Manserə istinadən RİA "Novosti" məlumat yayıb.

Hazırda onların sağ və ya ölü olduğu məlum deyil. "Bizdə olan bütün rəqəmlər təqribidir", - deyə mer əlavə edib.

Hazırda şəhər rəhbərliyində 186 nəfərin öldüyü barədə məlumat var, ölkə üzrə ümumi ölənlərin sayı, son məlumatlara görə, 325 nəfərdir.

Son xəbərlər

Orphus sistemi