Mexiko hava limanında 100 kiloqram kokain aşkar edilib

Mexiko hava limanında 100 kiloqram kokain aşkar edilib Meksika Baş Prokurorluğunun əməkdaşları Mexiko hava limanında külli miqdarda narkotik vasitə aşkar ediblər.
Digər ölkələr
19 Noyabr , 2019 08:13
Mexiko hava limanında 100 kiloqram kokain aşkar edilib

Meksika Baş Prokurorluğunun əməkdaşları Mexiko hava limanında külli miqdarda narkotik vasitə aşkar ediblər.

“Report” RİA “Novosti”ə istinadən xəbər verir ki, narkotik vasitələrin tapılmasında xüsusi öyrədilmiş “Lilli” adlı it və kinoloqlar iştirak edib.

İtin tapdığı 5 qutuda ümumilikdə çəkisi 100 kq olan kokain aşkarlanıb.

Qutular Perunun Lima şəhərindən gətirilib. Qeyd olunub ki, tapılan narkotik vasitələr araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, Meksikanın Müdafiə Nazirliyi noyabr ayı ərzində 10 ştatda 15,5 ton narkotik vasitə məhv edib. 

Son xəbərlər

Orphus sistemi