Mətbuat Camal Qaşıqçının son nəfəsdə dediyi sözləri dərc edib

Mətbuat Camal Qaşıqçının son nəfəsdə dediyi sözləri dərc edib Bakı. 12 noyabr. REPORT.AZ/ Qətərin Al-Jazeera televiziyası Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının son sözlərini yayıb.
Digər ölkələr
12 Noyabr , 2018 04:34
Mətbuat Camal Qaşıqçının son nəfəsdə dediyi sözləri dərc edib

Bakı. 12 noyabr. REPORT.AZ/ Qətərin "Al-Jazeera" televiziyası Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının son sözlərini yayıb.

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib.

Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir.

"Mən boğuluram…Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib.

N.Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir. O əlavə edib ki, "Daily Sabah" qəzeti tezliklə C.Qaşıqçının həyatının son dəqiqələrinin audioyazısının bir hissəsini dərc edəcək.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Qaşıqçının qatillərinin Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfər arasında olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi