Mətbuat: Almaniyada Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edilmişdi

Mətbuat: Almaniyada Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edilmişdi Məktubda potensial sui-qəsdçinin adı da qeyd olunub
Digər ölkələr
20 İyul , 2017 03:22
Mətbuat: Almaniyada Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edilmişdi

Türkiyənin dövlət təhlükəsizlik orqanları Hamburqda keçirilmiş G20 sammitindən əvvəl Almaniya polisinə verbal nota veriblər. Notada qeyd olunub ki, sammit zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd ola bilər.

"Report" xəbər verir ki, bu barədə "Welt" qəzeti məlumat yayıb.

Qəzetin məlumatında deyilir ki, iyulun 6-da, sammit ərəfəsində quruma məktub daxil olub. Məktubda qeyd olunub ki, Alman polisi geyimində olan şəxslər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edə bilərlər. Məktubda potensial sui-qəsdçinin adı da qeyd olunub. Qəzetin yazdığına görə, həmin şəxs keçmiş Türkiyə polisidir.

Qəzetin sorğusuna cavab olaraq Almaniya polisindən bildiriblər ki, Türkiyədən verbal nota doğrudan da gəlib. Amma onların hesablamalarına görə, sui-qəsd ehtimalı istisna idi.

Xatırladaq ki, Böyük 20-lik sammiti 7-8 iyul tarixlərində Hamburq şəhərində baş tutub. 

Son xəbərlər

Orphus sistemi