ABŞ-da Kolombo mafiya klanının rəhbəri həbs edilib

ABŞ-da Kolombo mafiya klanının rəhbəri həbs edilib ABŞ Federal Təhqiqatlar Bürosu və Nyu-York polisi məşhur Kolombo mafiya klanının rəhbəri Endryu Russonu həbs edib.
Digər ölkələr
15 Sentyabr , 2021 02:31
ABŞ-da Kolombo mafiya klanının rəhbəri həbs edilib

ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Nyu-York polisi məşhur Kolombo mafiya klanının rəhbəri Endryu Russonu həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Mafiya başçısı ilə yanaşı, klanın daha 9 üzvü və onlarla əlaqəli olan 12 nəfər saxlanılıb. Onlar korrupsiya və fırıldaqçılıqda şübhəli bilinirlər.

Bu gün məhkəmədə saxlanılanlara qarşı ittiham irəli sürüləcək.

Qeyd edək ki, Kolombo ailəsi Nyu-Yorkdakı mütəşəkkil cinayətlərə nəzarət edən ən böyük beş mafiya qrupundan biridir.

Son xəbərlər

Orphus sistemi