Hindistanlı aktrisa və 1994-cü il “Dünya gözəli” seçilmiş Ayşvariya Ray və qızı Aaradxiyudan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
“Report” xəbər verir ki, bunu aktrisanın həyat yoldaşı Abhişek Baççan bildirib.
“Onlar karantini evdə keçirəcəklər. Ailəmin digər üzvləri, o cümlədən anamın testi mənfi nəticə verib. İstəklərinizə və dualarınıza görə hamınıza təşəkkür edirəm”.
Bundan əvvəl, Abhişek Baççanın atası, Bollivud aktyoru Amitabh Baççanın da koronavirusa yoluxduğu bildirilmişdi.