Meşə yanğınları Çiliyə 333 milyon dollar ziyan vurub

Meşə yanğınları Çiliyə 333 milyon dollar ziyan vurub Ölkənin 7 vilayətində fövqəladə vəziyyət elan olunub
Digər ölkələr
4 Fevral , 2017 00:46
Meşə yanğınları Çiliyə 333 milyon dollar ziyan vurub

Bakı. 4 fevral. REPORT.AZ/ Çilidə meşə yanğınları nəticəsində dəyən ilkin ziyan 333 milyon dollar məbləğində qiymətləndirilir.

"Report" xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Rodriqo Valdesə istinadən "Reuters" məlumat yayıb.

Onun sözlərinə görə, bu məbləğ meşə plantasiyalarına dəyən ziyan da daxil olmaqla bir neçə zərər kateqoriyasını özündə birləşdirir.

Hazırda Çilinin 7 vilayətində fövqəladə vəziyyət elan olunub. Yanğınlar nəticəsində 11 nəfər ölüb, 150-dən çox adam yaralanıb, 6 mindən çox insan təxliyə olunub.

Son xəbərlər

Orphus sistemi