Yuxarı

MERS virusundan ölənlərin sayı 33 nəfərə çatıb

Həmçinin 182 nəfərin bu xəstəliyə yoluxduğu bildirilir

Bakı. 30 İyun. REPORT.AZ/ Cənubi Koreyanın Səhiyyə Nazirliyi Yaxın Şərq respirator sindromuna (MERS) yoluxmadan daha bir nəfərin öldüyünü xəbər verib.

"Report" RİA "Novosti"yə istinadən məlumat verir ki, beləliklə, virus qurbanlarının ümumi sayı 33 nəfərə çatıb.

Həmçinin 182 nəfərin bu xəstəliyə yoluxduğu bildirilir.

Qeyd edək ki, MERS virusuna qarşı vaksin hazırlanmaytıb. Bu xəstəlik xüsusi ilə immuniteti zəif olan insanları hədəf alır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi