Mərkəzi Kəşfiyyat İdarəsində Assanjın öldürülməsi müzakirə edilib

Mərkəzi Kəşfiyyat İdarəsində Assanjın öldürülməsi müzakirə edilib ABŞ administrasiyasının bir sıra rəsmiləri və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yüksək vəzifəli şəxsləri 2017-ci ildə “WikiLeaks”in qurucusu Culian Assanjın oğurlanması və hətta öldürülməsi ehtimalını müzakirə ediblər.
Digər ölkələr
26 Sentyabr , 2021 23:31
Mərkəzi Kəşfiyyat İdarəsində Assanjın öldürülməsi müzakirə edilib

ABŞ administrasiyasının bir sıra rəsmiləri və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yüksək vəzifəli şəxsləri 2017-ci ildə “WikiLeaks”in qurucusu Culian Assanjın oğurlanması və hətta öldürülməsi ehtimalını müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Yahoo News” portalı adı açıqlanmayan keçmiş məmurlara və əks kəşfiyyatla məşğul olan şəxslərə istinadən məlumat yayıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin Assanjı qaçırmaq planı, belə bir əməliyyatın qanuniliyi və praktikliyi ABŞ-ın o zamankı prezidenti Donald Trampın administrasiyasında qızğın müzakirələrə səbəb olub.

Qeyd olunub ki, Assanjın oğurlanması və ya qətlə yetirilməsi bağlı müzakirələr idarədə ən yüksək səviyyədə aparılıb.

Kəşfiyyat idarəsi həmçinin “WikiLeaks” təşkilatına nəzarəti genişləndirmək, üzvləri arasında nifaq salmaq və elektron cihazlarını oğurlamaq niyyətində idi.

Son xəbərlər

Orphus sistemi