Mərkəzi Avropa ölkəsi Çexiyada koronavirus infeksiyasına yoluxanların sayı 5-ə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Adam Voytex açıqlayıb.
“Analizlər 5 koronavirus halının aşkarlandığını təsdiqləyib. Koronavirusa yenicə yoluxmuş 2 nəfər daha öncə bu virusun daşıyıcıları ilə təmasda olublar. Ümumilikdə respublikada 236 nəfərdən koronavirusla bağlı analizlər alınıb”, - nazir bildirib.
Məlumata görə, ölkədə virus daşıyıcılarının hamısı daha öncə İtaliyaya səfər ediblər. Onların 3-ü Çexiya vətəndaşıdır, digərləri isə Milanda təhsil alan amerikalı qadın və onun ekvadorlu rəfiqəsidir.
***10:37
Çexiyada daha bir nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, Çexiyada virus daşıyıcılarının sayı 4-ə çatıb.
Qeyd edilir ki, koronavirusa yoluxmuş 4-cü şəxs 53 yaşlı qadındır. O, daha öncə İtaliyaya səfər edib.
Xatırladaq ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 000-ə çatıb. Bunların 48 173 nəfəri sağalıb, 3 119 nəfər isə ölüb.