Mərkəzi Avropa və Baltikyanı ölkələrin əhalisi sürətlə qocalır

Mərkəzi Avropa və Baltikyanı ölkələrin əhalisi sürətlə qocalır BMT-nin məlumatlarına görə, 2050-ci ilə qədər zəngin ölkələrdə yaşlı insanların sayı uşaqlardan 2 dəfə çox olacaq
Digər ölkələr
13 Mart , 2015 11:51
Mərkəzi Avropa və Baltikyanı ölkələrin əhalisi sürətlə qocalır

Bakı. 13 mart. REPORT. AZ/ Mərkəzi Avropa və Baltikyanı ölkələrin əhalisi sürətlə qocalır. "Report" BMT informasiya mərkəzinə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının ekspertləri bildirib. Ekspertlər qeyd edir ki, əhalinin qocalması bütün Avropa üçün ümumi tendensiyadır və əsasən ömrün uzanması ilə bağlıdır. Lakin  Mərkəzi Avropa və Baltikyanı ölkələrinin əhalisi doğum sayının azalması və gənclərin miqrasiyası səbəbindən qocalır. 

Polşa, Macarıstan və Slovakiyada da doğum göstəricisi qərb dövlətlərində olduğundan daha aşağıdır və bir qadına cəmi 1,3 uşaq təşkil edir. 

Mütəxəssislər vurğulayır ki, gənclər xaricdə iş axtarmaq və daha yaxşı yaşamaq üçün öz ölkələrini tərk edirlər. Məsələn, polşalılar və Baltikyanı ölkələrin əhalisi 15-34 yaşlarında miqrasiya edirlər.

Dünya Bankının mütəxəssisləri həmin ölkələrin hökumətlərinə qocalan əhalinin sağlamlığına daha çox diqqət ayırmağı, minimal əmək haqları və təqaüdləri artırmağı, doğum sayının artırılmasına nail olmağı tövsiyə edir.

BMT-nin məlumatlarına görə, 2050-ci ilə qədər zəngin ölkələrdə yaşlı insanların sayı uşaqlardan 2 dəfə çox olacaq. 

Son xəbərlər

Orphus sistemi