Bakı. 7 fevral. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasının prezidenti Tuadera Fosten-Arkanj və silahlı qruplaşmaların nümayəndələri uzun illərdir ölkədə davam edən münaqişəyə son qoymağa yönəlmiş sülh sazişinə imza atıb.
“Report” xəbər verir ki, bu barədə Sülh və Təhlükəsizlik Məsələləri üzrə Afrika İttifaqının komissarı Smail Şerqiyə istinadən RİA "Novosti" məlumat yayıb.
"Hər şey bitdi. Biz Banqidə ona (sazişə) imza atdıq", - deyə Şerqi bildirib.
Daha əvvəl Mərkəzi Afrika Respublikasında altı illik müharibənin başa çatdığı elan olunub.