Mərkəzi Afrika Respublikasında BMT-nin 5 sülhməramlısı öldürülüb

Mərkəzi Afrika Respublikasında BMT-nin 5 sülhməramlısı öldürülüb Hərbçilərlə atışma zamanı silahlı üsyançıların 8-i məhv edilib
Digər ölkələr
13 May , 2017 02:04
Mərkəzi Afrika Respublikasında BMT-nin 5 sülhməramlısı öldürülüb

Bakı. 13 may. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında BMT-nin 5 sülhməramlısı öldürülüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik məlumat verib.

Qeyd edək ki, ilkin məlumatda naməlum silahlıların BMT-nin bu ölkədəki missiyasının (MINUSCA) konvoyuna hücumu zamanı 4 nəfərin öldürüldüyü bildirilirdi. Mərakeşdən olan daha 1 hərbi qulluqçu isə itkin düşüb. Dyujarrikin jurnalistlərə verdiyi məlumata görə, itkin düşmüş hərbçinin cəsədi tapılıb və Banqi şəhərinə aparılıb.

Qeyd edək ki, Yoqofonqo şəhərində baş vermiş hücum "Antibalaka" xristian silahlı üsyançıları tərəfindən təşkil edilib. Hərbçilərlə atışma zamanı onlardan 8-i məhv edilib. 

Son xəbərlər

Orphus sistemi