Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 50 nəfər öldürülüb

Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 50 nəfər öldürülüb Hadisə Bria şəhərində qeydə alınıb
Digər ölkələr
21 İyun , 2017 07:57
Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 50 nəfər öldürülüb

Bakı. 21 iyun. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında mövcud olan hərbi qruplaşmalar arasında baş vermiş silahlı toqquşmalar zamanı 50 nəfər öldürülüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Bria şəhərində qeydə alınıb.

Şəhərin meri "Reuters"ə açıqlamasında qonşu rayonlarda da öldürülənlərin olduğunu deyib.

"Təxminən 50 nəfərin öldürüldüyünü deyə bilərəm. Xəstəxanaya 42 cəsəd aparılıb" – deyə mer Moris Belikus bildirib.

Mer qonşu rayonlardakı toqquşmalar zamanı öldürülənlərin cəsədlərinin hələlik xəstəxanalara aparılmadığını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi