Merkel və Zelenski Donetskdə yaranmış vəziyyəti müzakirə ediblər

Merkel və Zelenski Donetskdə yaranmış vəziyyəti müzakirə ediblər Almaniya Federal Respublikasının kansleri Angela Merkel və Ukrayna prezidenti Vladimir Zelenski telefonla Normand formatının işini, həmçinin Donetskdə yaranmış vəziyyəti müzakirə ediblər.
Digər ölkələr
28 Avqust , 2019 23:52
Merkel və Zelenski Donetskdə yaranmış vəziyyəti müzakirə ediblər

Almaniya Federal Respublikasının kansleri Angela Merkel və Ukrayna prezidenti Vladimir Zelenski telefonla Normand formatının işini, həmçinin Donetskdə yaranmış vəziyyəti müzakirə ediblər.

Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

Almaniya hökumətindən bildirilib ki, dövlət başçıları Minsk razılaşmalarının tam həcmdə reallaşdırılmasına ehtiyac olması barədə ortaq məxrəcə gəliblər.

Bundan başqa, Merkel Zelenskiyə G7 sammitində Ukraynada vəziyyət haqqında müzakirənin aparılması barədə danışıb.

Dövlət başçıları həmçinin Almaniya, Fransa, Rusiya və Ukraynanın iştirakı ilə Normand formatında sonrakı diplomatik səylər haqqında da danışıblar.

Son xəbərlər

Orphus sistemi