​Merkel: "Ukraynanın şərqindəki atəşkəs rejimi çox kövrəkdir"

​Merkel: "Ukraynanın şərqindəki atəşkəs rejimi çox kövrəkdir" Onun sözlərinə görə, razılaşmada nəzərdə tutulanların gerçəkləşəcəyinə təminat yoxdur
Digər ölkələr
16 Fevral , 2015 17:43
​Merkel: Ukraynanın şərqindəki atəşkəs rejimi çox kövrəkdir

Bakı. 16 fevral. REPORT.AZ/ Almaniyanın kansleri Angela Merkel Ukraynanın şərqində atəşkəslə bağlı razılaşmanın çox kövrək olduğunu söyləyib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, kansler bunu Berlində keçirdiyi mətbuat konfransında bölgədəki vəziyyəti şərh edərkən söyləyib.

"Aydındır ki, sülhə nail olmaq üçün hələ çox iş görmək lazımdır".

Kanslerin sözlərinə görə, razılaşmada nəzərdə tutulanların gerçəkləşəcəyinə təminat yoxdur.

"Bu, çox çətin yoldur", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi