Bakı. 18 dekabr. REPORT.AZ/ Almaniyanın kansleri Angela Merkel hesab edir ki, Avropa İttifaqı (Aİ) suriyalı mühacirlərin Türkiyə ərazisində qalmasına şərait yaradacaq layihələrin icrasına yönəldiləcək vəsaiti qısa müddət ərzində Ankara hökumətinin hesabına köçürməlidir.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Brüsseldə keçirilən Aİ liderləri sammitinin ilk iş gününün yekununa həsr olunan mətbuat konfransında çıxış edən Merkel qeyd edib ki, Ankaraya vəsaitin ödənilməsi ilə bağlı mexanizm hazırlanmalıdır.
Almaniyanın kansleri "Türkiyə mühacir böhranının həlli ilə bağlı məsuliyyəti dərk edir" - deyə, bildirib.