Bakı. 27 aprel. REPORT.AZ/ Almaniyanın kansleri Angela Merkel bəyan edib ki, Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar, Ukrayna münaqişəsi ilə bağlı Minskdə əldə edilmiş sülh sazişinə əməl edilməsindən aslı olacaq.
"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, A.Merkel aprelin 27-də Varşavada Polşanın baş naziri Yeva Kopaczla keçirdiyi mətbuat konfransında xatırladıb ki, qəti qərar belədir ki, sanksiyaların müddəti Minsk razılaşmasının yerini yetirilməsindən aslı olmalıdır.
Yeva Kopacz isə öz növbəsində qeyd edib ki, sanksiyalar hələlik bu qüvvədə qalmalıdır.
Liderlərin görüşündə Ukrayna münaqişəsi, habelə gələn ay Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələləri müzakirə olunmalıdır.
Bu proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova daxildir.
Məqsəd bu ölkələrin