Merkel: "Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilə bilər"

Merkel: "Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilə bilər" "Sanksiyalar bizim üçün məqsəd deyil"
Digər ölkələr
20 Fevral , 2015 20:55
Merkel: Rusiyaya qarşı yeni sanksiyalar qəbul edilə bilər

Bakı. 20 fevral. REPORT.AZ/ Almaniyanın Federal Kansleri Angela Merkel Rusiyaya qarşı əlavə sanksiyalardan danışıb.

"Report"un Gazeta.Ru saytına istinadla verdiyi xəbərə görə, A.Merkel bildirib ki, Ukraynadakı münaqişənin nizamlanması üçün bu cür tədbirlərin görülməsi zəruridir. 

"Sanksiyalar bizim üçün məqsəd deyil. Lakin lazım gəlsə Avropa Birliyi bu məsələni müzakirəyə çıxara bilər", - deyə Kansler vurğulayıb.

A.Merkel həmçinin deyib ki, ölkəsi durmadan böhranın diplomatik yolla nizamlanması üzərində çalışır.

Xatırladaq ki, Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri fevralın 16-da Brüsseldə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təsdiqləyiblər. Son sanksiyalar paketi 19 fiziki və 9 hüquqi şəxsə şamil edilib.

Son xəbərlər

Orphus sistemi