Angela Merkel Rusiyaya qarşı sanksiyaların götürülməsinin şərtlərini açıqlayıb

Angela Merkel Rusiyaya qarşı sanksiyaların götürülməsinin şərtlərini açıqlayıb Almaniya və Ukrayna hesab edir ki, anti-Rusiya sanksiyaları yalnız Minsk sazişlərinin həyata keçirilməsində irəliləyişlər olduğu halda, yumşaldıla bilər.
Digər ölkələr
18 İyun , 2019 16:37
Angela Merkel Rusiyaya qarşı sanksiyaların götürülməsinin şərtlərini açıqlayıb
Michele Tantussi/Getty Images

Almaniya və Ukrayna hesab edir ki, anti-Rusiya sanksiyaları yalnız Minsk sazişlərinin həyata keçirilməsində irəliləyişlər olduğu halda, yumşaldıla bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Berlində Almaniya Kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdyi mətbuat konfransında bildirib.

"İrəliləyiş olmayana qədər sanksiyalar aradan qaldırıla bilməz", - Merkel deyib.

Merkel əlavə edib ki, "Minsk formatında" müşavirlərin görüşü iyulun 12-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi