Merkel Buenos-Ayresdə yerli sakinlərlə şam edib - VİDEO

Merkel Buenos-Ayresdə yerli sakinlərlə şam edib - VİDEO Bakı. 2 dekabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel G20 sammiti çərçivəsində keçirilən tədbirlər başa çatdıqdan sonra Buenos-Ayres restoranlarından birində sıravi vətəndaşlarla birgə şam edib.
Digər ölkələr
2 Dekabr , 2018 11:42
Merkel Buenos-Ayresdə yerli sakinlərlə şam edib - VİDEO

Bakı. 2 dekabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel G20 sammiti çərçivəsində keçirilən tədbirlər başa çatdıqdan sonra Buenos-Ayres restoranlarından birində sıravi vətəndaşlarla birgə şam edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Todo Noticias" telekanalı məlumat yayıb.

Bildirilir ki, sammit proqramı başa çatdıqdan sonra kansler kiçik nümayəndə heyəti ilə öz keyfiyyəti ilə məşhur olan Argentina ətinin dadına baxmaq üçün Palermo rayonunda yerləşən "steyk-hausa" gedib.

Restoranın qarşısından keçən yol bağlansa da, yerli sakinlər yüksək səviyyəli qonağı restoranın pəncərəsindən görə biliblər. Bundan əlavə, qeyd olunur ki, gecənin sonunda obyektin qarşısına Merkelin şəklini çəkmək istəyən xeyli sayda insan toplaşıb.

View this post on Instagram

#G20 #angelamerkel #carneargentina

A post shared by Armando Topalian (@armandotopalian) on

Son xəbərlər

Orphus sistemi